Şahzadə Vilyam Estoniyada yerləşdirilən Britaniya qoşunları ilə görüşdü və tankla hərbi baza ətrafında gəzdi
Böyük Britaniya şahzadəsi Vilyam Estoniya hərbi bazasında ingilis əsgərləri ilə görüşüb, hətta tanka minib.
İki günlük səfər zamanı Britaniya taxt-tacının varisi NATO-nun kollektiv təhlükəsizliyi və müdafiəsi çərçivəsində Baltikyanı ölkələrin alyansın şərq cinahında ölkəni Rusiyadan gələn təhdidlərdən müdafiə edən Estoniyada yerləşən 900-ə yaxın Britaniya əsgərinə baş çəkib, həmçinin Fransa və Estoniya əsgərləri ilə görüşüb söhbət edib.
Şahzadə Vilyam da təlim proqramına qatılıb və ərazidə nümayiş etdirilən silahlara baxış keçirib. Şahzadə Vilyam səfəri zamanı ukraynalı qaçqınlara da baş çəkib.