Şahmat birinci sinifdə məcburi, ikinci və üçüncü siniflərdə isə könüllü fənn  olacaq
Şahmat birinci sinifdə məcburi, ikinci və üçüncü siniflərdə isə könüllü fənn olacaq

Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelinin qərarına əsasən, şagirdlər birinci sinifdən məcburi fənn kimi şahmatla məşğul olacaqlar, – deyə Gürcüstanın Təhsil Nazirliyi xəbər verir.

Onların sözlərinə görə, ikinci və üçüncü siniflərdə şahmat könüllü fənn olacaq.

“Şagirdlərin analitik, məntiqi, tənqidi təfəkkür və praktiki problem həll etmə bacarıqlarını inkişaf etdirmək məqsədilə ibtidai təhsilin I sinfində icbari fənn kimi şahmat fənni əlavə edilir. Şahmatın icbari fənn kimi öyrənilməsi 2022-2023-cü ilin sentyabr ayları üçün nəzərdə tutulub, buna qədər Milli Şahmat Federasiyası ilə əməkdaşlıq çərçivəsində müəllim hazırlığı və təlim resurslarının təşkili üçün hazırlıq işləri aparılır. Şahmat şagirdlərin çoxşaxəli bacarıqlarını təkmilləşdirir: diqqət, konsentrasiya, yaddaş, təhlil, məntiq, qərar qəbul etmə, məkan oriyentasiyası və s. Bu da öz növbəsində riyaziyyat və digər fənlərin standartları ilə müəyyən edilmiş kompetensiyalarla birbaşa bağlıdır. Maraqlıdır ki, məktəblərdə şahmatın tədrisi Aİ-nin 2012-ci il Bəyannaməsində nəzərdə tutulub ki, bu da təhsil sistemlərində şahmatın tədrisinin tətbiqini nəzərdə tutur”, – deyə məlumatda bildirilir.