Sahil Mühafizəsi Departamentinin nümayəndələri Antalyada keçirilən təlim kurslarında iştirak ediblər

15:15, 21.07.2026

 

Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Sahil Mühafizəsi Departamentinin nümayəndələri Türkiyə Respublikasında Antalya şəhərində, Türkiyə Sahil Mühafizəsinin Təhsil-Təlim Mərkəzində keçirilən “Zabit/Miçman Növbətçiliyi Kvalifikasiya” və “Sürətli Katerin İdarəedilməsi” təlim kurslarında iştirak ediblər.

Kurslar nəzəri və praktiki təlimləri əhatə edirdi və məqsədi Sahil Mühafizəsi Departamentinin əməkdaşlarının peşəkar ixtisasının artırılması, praktiki qabiliyyət və biliklərinin dərinləşdirilməsi olub.

Təlim Türkiyə Respublikası Sahil Mühafizəsi Komandanlığının təşkilatçılığı ilə keçirilib. Kurslar başa çatdıqdan sonra departamentin nümayəndələrinə müvafiq sertifikatlar təqdim olunub.

Məlumatı Sərhəd Polisinin mətbuat xidməti yayır.

Oxşar