Şahidlərdən biri bu gün Patriarxlığın yaxınlığında baş verən hadisə haqda danışıb

17:06, 20.05.2026

 

Patriarxlığın əməkdaşlarından biri Patriarxlığın həyətinə avtomobilin çırpılması ilə bağlı bu gün baş verən hadisə haqda danışıb.

O, toqquşma nəticəsində Patriarxlığın darvazasının uçduğunu bildirib.

Patriarxlığın əməkdaşı deyir ki, avtomobilin sürücüsü aqressiv olub, butulkalar atıb və söyüş söyüb.

“Taksi birbaşa çırpılıb, darvazanı dağıdıb və əməkdaşın avtomobilinə çırpılıb. Biz otaqlarda idik. Çox güclü toqquşma idi, təsəvvür edin, darvaza birbaşa dağılıb. Sürücü avtomobildən düşüb, söyüş söyüb, butulkalar atıb və sonra öyrəndik ki, onun psixoloji problemləri ola bilər” – Patriarxlığın əməkdaşlarından biri deyib.

Gürcüstan Patriarxlığının həyətinə avtomobil bu gün çırpılıb. Hadisə nəticəsində Patriarxlığın darvazası dağılıb, baryer qopub.

Polis avtomobilin sürücüsünü saxlayıb. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, istintaq Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə aparılır, bu da əşyaya zərər verilməsi və ya məhv edilməsi deməkdir.

Oxşar