Sağuliya kəndində dünən yaxalanan İrakli Mukbanianiyə qarşı ittiham irəli sürüldü
Sağuliya kəndində dünən yaxalanan İrakli Mukbanianiyə qarşı ittiham irəli sürüldü

Sağuliya kəndində dünən yaxalanan İrakli Mukbanianiyə qarşı ittihamı İmereti Dairə Polis şöbəsinin ilkin həbs təcridxanasında irəli sürdülər. Bu barədə Gürcüstanın Birinci Kanalına yaxalanaın vəkili, Sisino Babunaşvili bəyan etdi.

Onun dediyinə görə, ittiham Gürcüstan Cinayət Məcəlləsinin 363-cü maddəsinin birinci hissəsi ilə irəli sürüldü. Maddə polisə, xüsusi cəzaçəkmə xidmətinin işçisinə və ya hakimiyyətin başqa nümayəndəsinə hücumu nəzərdə tutur.

Cinayət dörddən yeddi ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

İrakli Mukbaniani ilə bağlı dünən DİN rəsmi məlumat yaydı. idarənin məlumatına görə, Sağuliya kəndində bir nəfəri yaxaladılar, hansı da “NamaxvanSES”-ə qarşı aksiyada polis işçisinə hücum edərək fiziki təhqir etdi.