Saqareconun Udabno kəndi və Ğvarelinin Sanavardo kəndi ərazilərinə pilotsuz uçuş aparatı düşdü
Saqareconun Udabno kəndi və Ğvarelinin Sanavardo kəndi ərazilərinə pilotsuz uçuş aparatı düşdü

Saqareconun Udabno kəndi və Ğvarelinin Sanavardo kəndi ərazilərinə pilotsuz uçuş aparatının düşməsi barəsində Daxili İşlər Nazirliyi məlumat yayır.

“Daxili İşlər Nazirliyinə Kaxetidə, Saqareco munisipalitetinin Udabno kəndi və Ğvareli munisipalitetinin Sanavardo kəndi ərazilərinə pilotsuz uçuş aparatının düşməsi barəsində xəbərdarlıq 7 oktyabrda, saat 18:35 və 18:45 radələrində daxil oldu.

Daxili İşlər Nazirliyi dönmədən istintaq tədbirlərinə başladı. Baş verənlər nəticəsində xəsarət alan olmayıb.

Hər iki hadisə yerinə hüquqmühafizəçilər, ekspert-kriminalistlər səfərbər olunublar. Müvafiq tədbirlər görülür”, – Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında qeyd olunub.