Saqareco-Udabno-David Qareci Monastrı avtomobil yolunun km30-km40 hissəsində avtonəqliyyatın hərəkəti qadağandır
Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən Saqareco-Udabno-David Qareci Monastrı avtomobil yolunun km30-km40 hissəsində yalnız yüksək keçidi olan (iki və ya artıq körpülü) avtonəqliyyatın hərəkəti sərbəstdir.
Elə onların məlumatına görə, yolun qeyd olunan hissəsində bütün növ avtonəqliyyatın hərəkəti qadağandır.
Avtomobil Yolları Departamentinin məlumatına görə, məhdudiyyətə səbəb qardır.