Saburtalo və İsani rayonlarındakı konkret ünvanlarda zonal saatlı parkinqlər işə salınacaq
Saburtalo və İsani rayonlarındakı konkret ünvanlarda zonal saatlı parkinqlər işə salınacaq

İyulun 1-dən Saburtalo və İsani rayonlarının konkret küçələrində zonal saatlı parkinq işə salınacaq, – paytaxtın meri Kaxa Kaladze Tbilisi bələdiyyəsinin iclasında bildirib.

Kaladzenin sözlərinə görə, iyunun 1-dən əhalinin rahat qeydiyyatdan keçməsi üçün müvafiq ünvanlarda xüsusi məlumat köşkləri yaradılacaq.

“Saburtalo rayonunda Kostava küçəsinin hissəsində, Jiuli Şartava, Qiorqi Saakadze və bir çox digər yaxın küçələrin enişində zonal saatlı dayanacaq yaradılacaq. Fiziki məhdudiyyətli şəxslər üçün xüsusi yerlər və elektriklə işləyən avtomobillərin enerji doldurma yerləri var. İsani rayonuna gəldikdə isə, “Samqori” metrostansiyasının yaxınlığında, eləcə də Mevele küçəsində zonal-saatlıq parkinq işə salınacaq”, – deyə Kaxa Kaladze bildirib.