Saburtalo rayonunda Nadareişvili küçəsində istirahət məkanı bərpa olunur
Saburtalo Rayon İcra Hakimiyyəti Nadareişvili küçəsində istirahət məkanının bərpasını həyata keçirir – bu haqda Tbilisinin meri Kaxa Kaladze munisipalitet hökumətinin bugünkü iclasında deyib.
Onun sözlərinə əsasən, 3000 kv. metr ərazidə bütün müvafiq park infrastrukturu quraşdırılacaq.
“Qeyd olunan ərazi yaşıllaşdırılacaq, rulon şəklində ot səpiləcək və ağac-bitkilər əkiləcək. Həmçinin, uşaq və əyləncə məkanları yaradılacaq. Qeyd olunan ərazinin abadlaşdırılması, hər şeydən əvvəl, orada yaşayan insanlar üçün vacibdir. Bütün icra hakimiyyətləri bu tip layihələri ona görə həyata keçirir ki, yalnız böyük ərazilərlə kifayətlənməyək, həm də məhəllələrə daxil olaq” – Kaxa Kaladze bildirib.