Sabotaj işi üzrə Qiorqi Vaşadze barəsində 30 000 lari məbləğində girov qətimkan tədbiri seçilib, Vaşadze girovu ödəyəcəyini bildirir
“Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadze barəsində sabotaj və xarici ölkəyə düşmənçilik fəaliyyətində kömək etmək işi üzrə 30 000 lari məbləğində girov qətimkan tədbiri seçilib.
Məhkəmənin qərarı ilə Vaşadzeyə pasportunu və şəxsiyyət vəsiqəsini istintaq orqanına təhvil vermək tapşırılıb, eləcə də sərhədi keçmək qadağan edilib.
Qiorqi Vaşadze onun üçün təyin olunmuş girovu ödəyəcəyini bildirir.
Qiorqi Vaşadze işdə ona qarşı heç bir dəlil olmadığını bildirib. Vaşadze işi siyasi motivli adlandırır.
Xatırladaq ki, Baş Prokurorluq noyabrda Mixeil Saakaşvili, Qiorqi Vaşadze, Nika Qvaramia, Nika Melia, Zurab Caparidze, Elene Xoştaria, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı cinayət təqibi başladıb. Qiorqi Vaşadzeyə qarşı sabotaj (318-ci maddənin birinci hissəsi) və xarici ölkəyə düşmənçilik fəaliyyətində kömək etmək (319-cu maddə) maddələri ilə istintaq başladılıb.
Məlumat üçün bildirək ki, Qiorqi Vaşadze parlamentin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirmədiyinə görə yeddi ay müddətinə azadlıqdan məhrum edilmişdi. Vaşadze həbsxananı yanvarın 23-də tərk edib.