Sabotaj işi ilə bağlı Nika Qvaramiaya barəsində 30 000 lari məbləğində girov tətbiq edilib, pasportu və şəxsiyyət vəsiqəsi götürülüb
Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə sabotaj işi üzrə “Akhali” partiyasının liderlərindən biri, Nika Qvaramia barəsində 30 000 lari məbləğində girov tətbiq edilib.
Hakimin qərarı ilə Qvaramiyanın pasportu və şəxsiyyət vəsiqəsi də götürülüb.
Məlumat üçün bildirək ki, eyni iş üzrə girov tətbiqi artıq Giorgi Vaşadze və Zurab “Gırçi” Cəfaridze, həmçinin Mamuka Xazaradze və Badri Cəfaridze barəsində də həyata keçirilib. Onlara məhkəmə hər biri üçün 1 000 000 lari məbləğində girovun ödənməsini müəyyən edib.
Xatırladaq ki, Gürcüstan Prokurorluğu sabotaj, xarici ölkəyə düşmənçilik fəaliyyəti göstərməkdə kömək, Gürcüstanın konstitusiya quruluşuna və milli təhlükəsizlik əsaslarına qarşı yönəlmiş fəaliyyətin maliyyələşdirilməsi, eləcə də Gürcüstanın konstitusiya quruluşunu zorla dəyişməyə və ya dövlət hakimiyyətini devirməyə çağırış faktları ilə bağlı cinayət işi açıb. Bu iş çərçivəsində Mixoel Saakaşvili, Giorgi Vaşadze, Nika Qvaramia, Nikanor Melia, Zurab Cəfaridze, Elene Xoştaria, Mamuka Xazaradze və Badri Cəfaridze qarşı cinayət təqibi aparılır.