Sabahdan tikinti sektoru şirkətləri fəaliyyətlərini bərpa edə biləcəklər

12:11, 04.05.2020

 5 may tarixindən biz icazə verəcəyik ki, tikinti sektorunda işləyən və tikinti materiallarının istehsalı ilə məşğul olan bütün sektorlar fəaliyyətlərini bərpa edə bilsinlər, –  bu haqda Gürcüstanın baş naziri Qiorqi Qaxaria bu günki hökümət iclasında bəyan etdi.

Qiorqi Qaxariyanın da qeyd etdiyi üzrə, tikinti biznesi ilə bağlı olan bütün şirkətlər 5 may tarixindən fəaliyyətlərini bərpa edə biləcəklər.

Səhiyyə və İqtisadiyyat Nazirliyinin bazasında xüsusi komandanın keçirdiyi yoxlanışlar hər gün eyni rejimdə davam edəcək. Həmin şirkətlərin sahib və rəhbərlərinə müraciət edirəm ki, bu məsələyə məsuliyyətlə yanaşsınlar.

Oxşar