Sabahdan açıq və qapalı məkanlarda maskanı istifadə etməyən vətəndaşlar 20 lari ilə cərimələnəcəklər
Sabahdan açıq və qapalı məkanlarda maskanı istifadə etməyən vətəndaşlar 20 lari ilə cərimələnəcəklər

Açıq məkanlarda maskanın istifadə edilməməsi cərimələnir.

Bölgə İnkişaf və İnfrastruktur naziri, Maya Tskitişvilinin bəyan etdiyinə görə, açıq və qapalı məkanlarda maskanı istifadə etməyən vətəndaşlar 20 lari ilə cərimələnəcəklər.

Elə onun dediyinə görə, qeyd olunan tənzimləmə sabahdan qüvvəyə minəcək.

“Açıq məkanda maskanın istifadə edilməməsi, qapalı məkanda istifadə edilməməsinə olan requlasiya kimi olacaq – bu 20 laridir. Xatırladaq ki, bu, bu günə qədər olan cərimədir. Qapalı məkanda maskanın gəzirilməsi bu gün də məcburidir. Sadəcə olaraq biz bu normanı genişləndiririk və sabahdan maskanın gəzdirilməsi açıq məkanlarda da məcburi olacaq”, – Maya Tskitişvili bəyan etdi.