Sabah Parlament çoxluğunun iclası keçiriləcək
Sabah Parlament çoxluğunun iclası keçiriləcək

Sabah Parlament çoxluğunun iclası təyin olunub. Parlament çoxluğunun lideri, Mamuka Mdinaradzenin jurnalistlərə bəyan etdiyinə görə, çoxluğun iclası saat 15:00-da başlayacaq və konstitusiya dəyişiklikləri üzrə müzakirə aparacaqlar.

Onun dediyinə görə, hər şey müəyyənləşdirlib, çünki konstitusiyanı Parlament çoxluğunun tam əksəriyyəti dəstəkləyir – 92 səs.

Deputatın məlumatına görə, çoxluğun iclasında müzakirənin mövzusu “Seçki Məcəlləsinə” hazırlanan dəyişikliklər də olacaq və onun təhriki gələn həftə planlaşdırılır.

Konstitusiya dəyişikliklərini sabah, Hüquq Komitəsində müzakirə edəcəklər.

Layihə ilk dinləmə ilə 21 iyunda, növbədənkənar iclasda müzakirə olunacaq.