Sabah İrakli Ğaribaşvili Borjomidə Samtsxe-Cavaxeti bölgəsinin partiya fəalları ilə görüşəcək
Sabah İrakli Ğaribaşvili Borjomidə Samtsxe-Cavaxeti bölgəsinin partiya fəalları ilə görüşəcək

“Gürcü arzusu”nun sədri İrakli Ğaribaşvili, regional katib Dimitri Samxaradze və parlament çoxluğunun üzvləri Borjomidə Samtsxe-Cavaxeti bölgəsinin yerli təşkilat rəhbərləri və partiya fəalları ilə görüşəcəklər.

“Gürcü arzusu”nun mətbuat xidmətindən verilən məlumata görə, görüş mayın 11-i saat 13:00-da keçiriləcək.

Onların məlumatına görə, görüşdə Samtsxe-Cavaxeti bölgəsi üzrə dövlət müvəkkili Besik Amiranaşvili iştirak edəcək.

Martın 2-də “Gürcü Arzusu” sədrinin və partiya liderlərinin bölgələrdə görüşləri başlayıb. Acarıstan, Sameqrelo-Zemo Svaneti, Quriya, İmereti, Raça-Leçxum-Kvemo Svaneti, Şida Kartli və Mtsxeta-Mtianeti bölgələrində görüşlər keçirilib.

İrakli Ğaribaşvili 100 gün ərzində 10 regionda partiya fəalları ilə görüşəcək.