Saba Sxvitaridzenin təqsirləndirildiyi polisə hücum maddəsi qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddəsinə tövsif edilib
Saba Sxvitaridzenin təqsirləndirildiyi polisə hücum maddəsi qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddəsinə tövsif edilib

 

“Dəyişiklik Naminə Koalisiyası”nın üzvü, polis Mirian Kavtaradzeyə hücumda təqsirləndirilən Saba Sxvitaridzenin polisə hücum ittihamı tövsif edilib. Prokurorluq bu barədə vəsatəti bugünkü prosesdə irəli sürüb və məhkəmə vəsatəti təmin edib.

Konkret olaraq, Saba Sxvitaridzeyə qarşı Cinayət Məcəlləsinin 353-cü prima maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülmüşdü, bu da polisə hücum deməkdir və 7 ildən 11 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur. Qeyd olunan maddə indi 120-ci maddəyə tövsif edilib, bu isə qəsdən sağlamlığa yüngül xəsarət yetirmə deməkdir və 6 aydan 3 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Beləliklə, Saba Sxvitaridzeyə qarşı ittihamlardan polisə hücum ittihamı hissəsi tamamilə ləğv edilib.

Maddənin tövsif edilməsinə görə, müdafiə tərəfi təqsirləndirilən şəxsin həbsdən azad edilməsi barədə vəsatət qaldırıb, məhkəmə bu vəsatəti təmin etməyib və Saba Sxvitaridzeni yenidən həbsdə saxlayıb.

Xatırladaq ki, Saba Sxvitaridzeyə qarşı ittiham Cinayət Məcəlləsinin 353-cü prima maddəsinin 2-ci hissəsi ilə irəli sürülmüşdü, bu da polisin sağlamlığına, xidməti fəaliyyəti ilə əlaqədar olaraq, xəsarət yetirilməsi deməkdir.

Dövlət ittihamının izahatına əsasən, Sxvitaridzenin hərəkətləri nəticəsində hüquq-mühafizə orqanının əməkdaşı, Tbilisi Baş Polis İdarəsinin bölmələrindən birinin rəisi Mirian Kavtaradze başından fiziki xəsarət alıb.

Bununla yanaşı, Saba Sxvitaridze iş üzrə zərərçəkmiş şəxs statusuna malikdir. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldıqdan sonra fiziki və psixoloji zorakılığın bir neçə mərhələsindən danışır.