Saba Sxvitaridze iki il müddətinə azadlıqdan məhrum edilib
Saba Sxvitaridze iki il müddətinə azadlıqdan məhrum edilib

 

“Dəyişiklik Naminə Koalisiyası”nın üzvü Saba Sxvitaridze iki il müddətinə azadlıqdan məhrum edilib. Hakim qərarı bir az bundan əvvəl elan edib.

Saba Sxvitaridzeyə qarşı ilkin olaraq 353-cü prima maddənin 2-ci hissəsi ilə ittiham irəli sürülmüşdü, bu da polisə hücum deməkdir və 7 ildən 11 ilədək müddətə həbsi nəzərdə tutur. İyulun 24-də keçirilən iclasda qeyd olunan maddə 120-ci maddə ilə tövsif edilib, bu da qəsdən sağlamlığa yüngül xəsarət yetirmə deməkdir və cərimə və ya altı ayadək müddətə islah işləri və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Saba Sxvitaridzeni dekabrın 4-də saxlayıblar.