Saakaşvili - yalnız mövcud olmağım barədə kağızım var, Poroşenko əlimdən bunu da almağa çalışır
Kiyevin Appelasiya Məhkəməsi Mixail Saakaşvilinin Ukrayna ərazisində qanuni qalmağı məsələsini müzakirə edir.
Məhkəmədə çıxış edən Mixail Saakaşvili bəyan etdi ki, Poroşenko onun bu vaxta qədər yeganə sənədinin əlindən alınmasına çalışır.
“Heç bir ölkənin pasportu yoxumdur. yalnız bu kağızım var ki, mövcud olduğumu sübut edə biləm. İndi Poroşenkonun məhkəməsi istəyir ki, bunu da əlimdən alsın. Onlar bu qərara nail oldularsa, faktiki olaraq deməkdir ki, mən mövcud deyiləm”, – Saakaşvili bəyan etdi.