Ryazan vilayətinə Ukraynanın hücumu nəticəsində neft emalı zavodunda yanğın baş verib, şəhərin bir hissəsinə isə elektrik enerjisi verilmir
Ukrayna Ryazan vilayətinə kütləvi hücum həyata keçirib. Nəticədə neft emalı zavodunda yanğın baş verib. Şəhərin bir hissəsinə isə elektrik enerjisi verilmir. Bu barədə bölgənin qubernatoru Pavel Malkov açıqlayıb.
Malkov, dronların qalıqlarının düşməsi nəticəsində Ryazanda sənaye obyektlərinin ərazisində yanğın baş verdiyini, elektrik ötürücü xətlərin də zərər gördüyünü və bu səbəbdən şəhərin bir hissəsinə elektrik enerjisinin verilmədiyinin bildirib.
Malkov, hadisə yerində təcili yardım xidmətlərinin çalışdığını və hava hücumu nəticəsində dəymiş ziyanı qiymətləndirdiklərini qeyd edib. Ryazan neft emalı zavodu Rusiyanın ən böyük müəssisələrindən biridir və “Rosneft” şirkətinin tərkibinə daxildir.