Rut Firmenix - Avropa İttifaqı Rusiyaya qarşı yeni cəbhə açmağa çalışır, ukraynalılar kimi, gürcüləri də atəşə göndərməyə hazırdır
Rut Firmenix - Avropa İttifaqı Rusiyaya qarşı yeni cəbhə açmağa çalışır, ukraynalılar kimi, gürcüləri də atəşə göndərməyə hazırdır

 

Avropa İttifaqı Gürcüstana qarşı ikili standartlardan istifadə edir və bütün bunlar şübhəyə səbəb olur – bu haqda avropalı parlamentari Rut Firmenix Avropa Parlamentinin iclasında Gürcüstanda demokratik böhran mövzusunda debatlar zamanı deyib.

Onun qiymətləndirməsinə görə, bunun məqsədi Gürcüstanda rejimi dəyişdirməkdir.

Bununla yanaşı, avropalı parlamentarinin qeyd etdiyi kimi, demokratiyaya inanan hər kəs rejim dəyişikliyinə deyil, diplomatiyaya müraciət edərdir.

“Nümayişçilər qrupu hökumətin qərargahına zorakılıqla daxil olsaydı, Brüsseldə nə baş verərdi? Sabiq hakim partiyanın siyasətçiləri hər bir polisə əmrlərə itaət etməmələri üçün 200 000 dollar vəd etsəydilər, necə reaksiya verərdiniz? Tbilisidə məhz bu baş verdi və bu zalda bunu bayram edirlər. Bu, ağlasığmazdır. Avropa İttifaqı Gürcüstana qarşı ikili standartlardan istifadə edir və bütün bunlar şübhəyə səbəb olur, bu, qanunun aliliyi, demokratiya və ya insan hüquqlarına aid deyil. Bu, sadəcə və açıq şəkildə geosiyasi səbəblərdir. Məqsəd Gürcüstanda rejimi dəyişdirməkdir. Avropa İttifaqı Rusiyaya qarşı yeni cəbhə açmağa çalışır və ukraynalılar halında olduğu kimi, gürcüləri də atəşə göndərməyə hazırdır, bununla da inamın son hissəsi də məhv olacaq. Demokratiya və qanunun aliliyinə inananlar rejim dəyişikliyinə deyil, diplomatiyaya müraciət edərdilər” – Rut Firmenix qeyd edib.