Rustem Umerov - Sonrakı addımlarda avropalı tərəfdaşların dəstəyinə ümid edirik, son addımları dəqiqləşdirmək üçün Ukrayna Prezidentinin Amerika Birləşmiş Ştatlarına səfərini səbirsizliklə gözləyirik
Rustem Umerov - Sonrakı addımlarda avropalı tərəfdaşların dəstəyinə ümid edirik, son addımları dəqiqləşdirmək üçün Ukrayna Prezidentinin Amerika Birləşmiş Ştatlarına səfərini səbirsizliklə gözləyirik

 

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Rustem Umerov Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Cenevrədə keçirilən görüşləri müsbət qiymətləndirib.

“Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Cenevrədə keçirilən məhsuldar və konstruktiv görüşləri, eləcə də prezident Trampın müharibəni bitirmək üçün qətiyyətli səyini təqdir edirik” – Umerov sosial şəbəkədə yazır.

Rustem Umerov bildirib ki, nümayəndə heyətləri Cenevrədə müzakirə olunan razılaşmanın əsas şərtləri ilə bağlı ortaq qərara gəliblər.

“Sonrakı addımlarımızda indi avropalı tərəfdaşların dəstəyinə ümid edirik. Son addımları dəqiqləşdirmək və prezident Trampla razılığa nail olmaq üçün noyabrda, mümkün qədər tez Ukrayna Prezidentinin Amerika Birləşmiş Ştatlarına səfərini təşkil etməyi səbirsizliklə gözləyirik” – Umerov qeyd edib.