Rüstəm Umerov cari həftə ərzində Mayamidə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşəcək
Rüstəm Umerov cari həftə ərzində Mayamidə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşəcək

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov cari həftə Mayamiyə səfər edəcək və burada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşəcək. Bu barədə məlumatı “Bloomberg” yayıb.
Səfər Rusiyanın 8-9 may tarixlərində birtərəfli qaydada atəşkəs elan etməsi fonunda planlaşdırılır.
Ukrayna dərhal və tammiqyaslı atəşkəs tələb edib. Lakin ölkənin Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya mayın 6-da yeni hava hücumları həyata keçirib.
Ukrayna prezidenti Volodimir Zelenski aprelin sonunda Azərbaycana səfəri zamanı bildirib ki, Ukrayna üçtərəfli formatda, Azərbaycan ərazisində keçiriləcək növbəti danışıqlar raunduna hazırdır. Sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da təsdiqləyib