Rustem Umerov iş adamı Timur Mindiçin adının hallandığı korrupsiya işində şahid statusuna malikdir
Ukraynanın Antikorrupsiya Prokurorluğunun məlumatına əsasən, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov iş adamı Timur Mindiçin adının hallandığı “Midas” korrupsiya işində şahid statusuna malikdir. Bu barədə Kiyevdə keçirilən brifinqdə Xüsusi Antikorrupsiya Prokurorluğunun rəhbəri Aleksandr Klimenko deyib.
“Adı keçir” demək düzgün deyil. Cənab Umerovun hərəkətləri yoxlanılıb, dindirilib və hazırda bu cinayət işində şahid statusuna malikdir” – Klimenko deyib.
Ukraynanın Milli Antikorrupsiya Bürosunun rəhbəri Semyon Krivonosi bildirib ki, Umerov detektivlər tərəfindən dindirilib.
Məlumat üçün bildirək ki, aprelin 29-da “Ukrainskaya Pravda” qəzeti Ukraynanın Antikorrupsiya Bürosu tərəfindən ələ keçirilən “Midas” işi ilə bağlı adı keçənlərin söhbətlərini dərc edib. Xüsusilə, sanksiya tətbiq edilən iş adamı Timur Mindiçlə sabiq müdafiə naziri, hazırda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi olan Rustem Umerov arasında silah istehsalı şirkəti “FirePoint”dəki səhmin mümkün özgəninkiləşdirilməsinin müzakirə edildiyi söhbəti.
Umerovun mətbuat xidmətində səs yazılarının həqiqiliyi və uyğunluğunun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyən edilməsi gərəkdiyini bəyan ediblər. Həmçinin deyilib ki, Umerov artıq hüquq-mühafizə orqanlarına bütün lazımi izahatları verib və “silahla bağlı ünsiyyət müdafiə nazirinin vəzifələrinin hissəsidir”.
2025-ci ilin noyabrında “FirePoint”in müştərək sahibi və baş dizayneri Denis Ştilerman Ukraynanın energetika sektorunda korrupsiya işində şübhəli bilinən iş adamı Timur Mindiçin şirkətin səhmlərinin 50%-nə iddiası olduğunu təsdiqləyib.