Rustavidə marşrut mikroavtobusundan oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

12:19, 10.07.2026

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları əvvəlcədən əlbir olan qrup halında oğurluğa cəhd etməkdə ittiham olunan iki nəfəri saxlayıblar. Hər iki şəxs əvvəllər də eyni cinayətə görə məhkum olunub və hazırda şərti cəza altındadır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, şübhəlilər Rustavidə vətəndaşa məxsus marşrut mikroavtobusundan əşyalar oğurlamağa cəhd ediblər. Hüquq-mühafizə orqanlarının operativ müdaxiləsi nəticəsində onlar cinayət başında saxlanılıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-177-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oxşar