Rustavidə iki yeni uşaq bağçasının tikintisi yekunlaşır

13:45, 22.08.2026

 

İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişaf Fondu Rustavidə iki yeni uşaq bağçasının tikintisi və bərpası layihələrini yekunlaşdırır.

İşlərin yekunlaşma mərhələsi ilə Bələdiyyə İnkişaf Fondunun icraçı direktorunun müavini Kvara Çartolani Rustavinin meri Nino Latsabidze ilə birlikdə tanış olub.

11 və 25 saylı uşaq bağçalarının qəzalı binalarının yerində yeni, müasir standartlara cavab verən və uşaqların ehtiyaclarına tam uyğunlaşdırılmış binalar tikilib. Bu mərhələdə, hər iki uşaq bağçasında daxili tərtibat işləri aparılır.

Yenilənmiş uşaq bağçaları sentyabr ayından fəaliyyətə başlayacaq və ümumilikdə 750 uşaq üçün nəzərdə tutulub. 25 saylı bağça 450 uşağa, 11 saylı bağça isə 300 uşağa xidmət göstərəcək.

Layihənin yekunlaşması nəticəsində Rustavidə uşaqlar üçün müasir və təhlükəsiz təhsil mühiti yaradılacaq, bu da məktəbəqədər təhsilin keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılmasına kömək edəcək.

Məlumatı İnfrastruktur Nazirliyi yayır.

Oxşar