Rustavidə baş vermiş qəsdən adam öldürmə faktı ilə bağlı bir nəfər saxlanılıb
Rustavidə baş vermiş qəsdən adam öldürmə faktı ilə bağlı bir nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə 1985-ci il təvəllüdlü İ.B.-ni saxlayıblar.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Rustavidə 1989-cu il təvəllüdlü D.S.-yə mübahisə zəminində soyuq silahla döş qəfəsi nahiyəsindən xəsarət yetirib və hadisə yerindən qaçıb.

Yaralı kişi xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Təqsirləndirilən şəxs hadisədən bir gün sonra özü polisə gələrək törətdiyi cinayəti etiraf edib”, – deyə DİN-dən bildirilib.

Hüquq-mühafizə orqanları İ.B.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır, bu maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.