Rustavi və Qardabaniyə giriş-çıxışa məhdudiyyətlər aradan götürüldü
Rustavi və Qardabaniyə giriş-çıxışa məhdudiyyətlər aradan götürüldü

Bu gündən Rustavi və Qardabaniyə giriş-çıxış tamamilə bərpa olundu.

Bununla yanaşı 18 maydan Marneuliyə də giriş-çıxış məhdudiyyəti aradan götürüləcək.

Hərəkətə məhudiyyət Tbilisidə 11 mayndan aradan götürüldü, 5 maydan isə, Kutaisi və Batumidə.

Tbilisi, Rustavi, Kutaisi və Batumiyə giriş-çıxış 15 apreldən qadağan olunmuşdu.

Ölkədə komendant saatı yenə də qüvvədədir. Saat 21:00-dan saat 06:00-a qədər küçədə hərəkət qadağandır.

Yeni koronavirusun prevensiyası məqsədilə ölkədə 22 maya qədər fövqəladə vəziyyət elan edilib.