Rustavi, Telavi və Saçxeredə sürücülük vəsiqəsinin imtahan marşrutları iyulun 22-dən dəyişəcək

12:12, 21.07.2026

 

Nəqliyyat vasitəsini idarəetmə hüququnun alınması üzrə imtahan prosesinin yaxşılaşdırılması məqsədilə iyulun 22-dən etibarən Rustavi, Telavi və Saçxeredə marşrutlarda dəyişikliklər həyata keçiriləcək. Bu barədə məlumatı Xidmət Agentliyi yayır.

Rustavidə – “B” və “BE” kateqoriyalı nəqliyyat vasitələri üzrə praktiki imtahanın ikinci mərhələsi üçün nəzərdə tutulmuş marşrutlardan beşi yeni marşrutlarla əvəzlənəcək;

Telavidə – “B” və “BE” kateqoriyalı nəqliyyat vasitələri üzrə praktiki imtahanın ikinci mərhələsi üçün nəzərdə tutulmuş marşrutlardan ikisi yeni marşrutlarla əvəzlənəcək. Həmçinin “C” kateqoriyası və “C1″/”D1” altkateqoriyaları üçün nəzərdə tutulmuş marşrut yeni marşrutla əvəzlənəcək.

Saçxeredə – “B” və “BE” kateqoriyalı nəqliyyat vasitələri üzrə praktiki imtahanın ikinci mərhələsi üçün nəzərdə tutulmuş marşrutlar tam şəkildə dörd yeni marşrutla əvəzlənəcək.

Marşrutlar haqqında ətraflı məlumatı keçi̇də daxil olaraq əldə edə bilərsiniz. https://www.sa.gov.ge/d/normativeacts

Oxşar