Rustavi Sakrebulosunun sədri, Levan Onianini vəzifəsindən kənarlaşdırdılar

14:51, 19.08.2021

Rustavi Sakrebulosunun sədri, Levan Onianini vəzifəsindən kənarlaşdırdılar.

Qərarı Sakrebulonun üzvləri az öncə qəbul etdilər. Sakrebulonun sədeinin istefaya göndərilməsini 16 deputat dəstəklədi, ikisi isə, əleyhinə səs verdi.

Levan Onianinin impiçmenti məsələsi gündəmdə, “Gürcü Arzusunu” tərk etməsindən sonra dayandı.

Partiyadan getçəsi barəsində Oniani 12 avqustda bəyan etdi. O, “Xalq Partiyasına” qoşuldu.

Levan Oniani qeyd etdi ki, “Gürcü Arzusu” əsas dəyərlərə xəyanət etdi və partiyanı buna görə tərk etdi.

Rustavi Sakrebulosu sədri vəzifəsini müavinlərdən biri yerinə yetirəcək.

 

Oxşar