Rustavidə kitab oxuma həftəsi başladı. Tədbir çərçivəsində, şəhərin meri uşaqlara nağıllar oxudu.
İrakli Tabağua tədbirə qoşuldu və 17-ci uşaq bağçasının uşaqlarına Hans Kristian Andersenin “12 ay” nağılını oxudu.
Layihə Rustavinin 70 illik yubileyi ilə əlaqədar başladı.
Layihə çərçivəsində şəhərin meri, sakrebulonun sədri və özünüidarəetmənin başqa nümayəndələri Rustavinin uşaq bağçalarına gedərək uşaqlara nağıllar oxuyacaqlar.