Rustavi arxeoloji ekspedisiyası Gürcüstanın kralı III Georginin — Tamarın atasının hakimiyyəti dövrünə aid sikkə aşkarlayıb

17:47, 19.08.2026

Rustavi arxeoloji ekspedisiyası Tamarın atası III Georginin dövrünə aid sikkə aşkar edib.
Rustavi arxeoloji ekspedisiyası şəhərin orta əsrlərə aid sarayının IV salonunda Gürcüstanın məşhur hökmdarı Kraliça Tamarın atası III Georginin hakimiyyəti dövrünə aid sikkə aşkarlayıb.
Bu barədə Rustavi meri Nino Latsabidze sosial şəbəkədə məlumat yayıb.
“Rustavidə şəhərin zəngin tarixini təsdiqləyən daha bir tapıntımız var. Arxeoloji ekspedisiyamız Rustavi orta əsrlər sarayının IV salonunda Tamarın atası III Georginin dövrünə aid sikkə aşkar edib.
Sikkə XII əsr gürcü numizmatikasının unikal nümunəsidir.
Ekspedisiya davam edir və biz Rustavinin tarixi qalası və sarayının konservasiya-bərpa layihəsi üzərində fəal şəkildə çalışırıq”, – deyə Nino Latsabidze yazıb.

Oxşar