Etiraz aksiyasının ikinci ayı . Hazırda Rustaveli prospektində etiraz aksiyası keçirilir. Etirazçılar artıq 60 gündür ki, hökumətin 28 noyabr qərarına etiraz edir və yeni seçkilərin keçirilməsini tələb edirlər. Tələblər arasında aksiyalar zamanı saxlanılanların azadlığa buraxılması da var. Parlamentin qarşısına toplaşanlar pankart və fitlərlə etirazlarını bildirirlər. Rustaveli prospektində yol bağlanıb. Vətəndaşlar müxtəlif adlarda yürüşlərdə etiraz iştirakçılarına qoşulublar. Etirazçılar bildirirlər ki, bütün tələbləri yerinə yetirilənə qədər aksiya davam edəcək.