Rustaveli Teatrında II İlyanın xatirəsinə həsr olunmuş gecə keçirilib
Gürcüstanın Baş prokuroru Giorgi Gvarakidze Gürcüstanda Türkiyə Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri Mustafa Türker Ari ilə görüş keçirib. Bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.
Qurumun məlumatına görə, görüşdə Gürcüstan və Türkiyə Respublikası arasında mövcud tərəfdaşlıq və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Bildirilir ki, tərəflər Gürcüstan və Türkiyənin müvafiq qurumları arasında mövcud səmərəli əməkdaşlıq və gələcək planlar barədə danışıblar. Qeyd olunub ki, bu əməkdaşlığın birgə səylərlə daha da gücləndiriləcəyinə ümid edilir.
Baş Prokurorluqda keçirilən görüşdə Baş prokurorun müavini Amiran Guluashvili, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Giorgi Mikava, Türkiyə səfirinin üçüncü köməkçisi Uğur Tahnali, Daxili İşlər məsələləri üzrə müşavirlər Hakan Beçeli və Necmettin Tetik də iştirak ediblər.