Rustaveli prospektindəki mitinqdə xəsarət alan Gürcüstanın Birinci Kanalının operatoru “New Hospital”a aparıldı

13:56, 05.07.2021

Rustaveli prospektindəki mitinqdə xəsarət alan Gürcüstanın Birinci Kanalının operatoru İlia Tvaliaşvili “New Hospital” iklinikasına aparıldı . Tvaliaşvili hazırda müalicə altındadır.

Klinikada Gürcüstanın Birinci Kanalına bildirildiyi kimi, müayinələrdən sonra operatorun hansı xəsarət aldığı məlum olacaq.

Xatırlatmaq istərdik ki, “Tbilisi Pride” etirazçılarının mitinq keçirdiyi Rustaveli prospektində etirazçılar media nümayəndələri ilə qarşı-qarşıya gəldilər, bu zaman Gürcüstanın Birinci Kanalının operatoru İlia Tvaliaşvili xəsarət aldı. Tbilisi Pride əleyhdarları jurnalistlərin işləməsinə icazə vermədilər və müxtəlif media orqanlarının çəkiliş qruplarına butulka və çubuq atdılar. Jurnalistlər patrul polisi tərəfindən təxliyə edildi.

Eyni zamanda, Gürcüstan Daxili İşlər Nazirliyi, Rustaveli prospektində media nümayəndələrinə qarşı zorakılıq və peşə fəaliyyətinə maneə törətmə hərəkətləri ilə bağlı istintaqın Cinayət Məcəlləsinin iki maddəsi ilə başladıldığını bildirən bəyanat verdi. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının cavabı nəticəsində media vasitələri nümayəndələri bu mərhələdə təhlükəsiz yerə köçürülüblər.

Oxşar