Rustaveli prospektində cari aksiyada vətəndaşlar Qriqol Qeqelia ilə qarşıdurma yaşayıblar, hüquq-mühafizə orqanlarının əməkdaşları Qeqelianı ərazidən çıxarıblar
Rustaveli prospektində cari aksiyada vətəndaşlar Qriqol Qeqelia ilə qarşıdurma yaşayıblar, hüquq-mühafizə orqanlarının əməkdaşları Qeqelianı ərazidən çıxarıblar

 

Rustaveli prospektində Mzia Amağlobeliyə dəstək aksiyasının iştirakçıları ilə “Lelo – Güclü Gürcüstan”ın liderləri arasında qarşıdurma yaşanıb.

Aksiya iştirakçılarının “Lelo”nun liderlərindən biri Qriqol Qeqelianın aksiyada olmasına etiraz etməsindən sonra sözlü və fiziki qarşıdurma başlayıb.

Sözlü mübahisə fiziki qarşıdurmaya çevrilib, bundan sonra da Qriqol Qeqelia və “Lelo”nun digər nümayəndələri Rustaveli prospektini tərk etmək məcburiyyətində qalıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Qeqelianı ərazidən çıxarıblar.

Aksiya iştirakçılarının bəyanatına əsasən, “Lelo”nun yerli özünüidarəetmə seçkilərində iştirakı onların etirazına səbəb olub.

Bununla yanaşı, Qeqelia da hadisəni şərh edib və qeyd edib ki, heç bir qarşıdurma baş verməyib və “hamı eyni tərəfdədir”.