Rustaveli prospektində baş vermiş insidentlə bağlı saxlanılan İrakli Xomasuridze barəsində həbs-qətimkan tədbiri seçilib

18:05, 08.06.2022

Tbilisi Şəhər Məhkəməsi Rustaveli prospektində baş vermiş insidentlə bağlı saxlanılan İrakli Xomasuridze barəsində həbs-qətimkan tədbiri seçib.

Prokurorun sözlərinə görə, yeni cinayət törətmək və şahidlərə təsir etmək hədələri olub. Müdafiə tərəfi təqsirləndirilən şəxslərin həbs-qətimkan tədbiri seçilmədən azadlığa buraxılmasını və alternativ olaraq 1000 lari girov verilməsini istəyib. Hakim Laşa Kldiaşvili ittiham tərəfinin mövqeyini tamamilə bölüşüb.

Məlumat üçün bildirək ki, Rustaveli prospektində, Kaşveti kilsəsinin yaxınlığında Respublika Partiyasının liderlərindən biri Davit Berdzenişvili və partiya sədri Xatuna Samnidze iki naməlum şəxs tərəfindən şifahi və fiziki zorakılığa məruz qalıblar.

Oxşar