Rustaveli prospektində baş verən insidentlə bağlı polis bir nəfəri saxlayıb
Tbilisinin Rustaveli prospektində Xatuna Samnidze və Davit Berdzenişviliyə şifahi və fiziki təzyiq göstərən bir nəfər polis tərəfindən saxlanılıb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi də təsdiqləyir. İrakli Xomasuridze saxlanılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə iş başlanır.
Xatuna Samnidze və Davit Berdzenişvili polis tərəfindən dindirilib.
Xatuna Samnidze və Davit Berdzenişvili Rustaveli prospektində, Kaşveti kilsəsinin yaxınlığında iki naməlum şəxslə şifahi və fiziki olaraq üz-üzə gəliblər. Samnidzenin sözlərinə görə, vətəndaşlardan əvvəlcə siyasətlə bağlı danışmağı xahiş ediblər, daha sonra onlara şifahi və fiziki təzyiq göstərilib.