Rustaveli prospektində aparılan reabilitasiya işləri ilə əlaqədar Tbilisidəki 47 nömrəli dövlət məktəbi və Tbilisi Klassik Gimnaziyası sentyabrın 15-də tədris prosesinə hibrid formatda başlayacaq
Rustaveli prospektində aparılan reabilitasiya işləri nəzərə alınaraq, Tbilisinin 47 nömrəli dövlət məktəbi və Tbilisi Klassik Gimnaziyası sentyabrın 15-də tədris prosesinə hibrid formatda başlayacaq. Bu barədə Təhsil, Elm və Gənclər Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Açıqlamaya əsasən, Rustaveli prospektinin reabilitasiyası başa çatdıqdan dərhal sonra hər iki məktəbdə tədris prosesi adi rejimə qaytarılacaq.
Beləliklə, yeni tədris ilindən etibarən Tbilisinin 47 nömrəli dövlət məktəbində tədris prosesi:
09:00-da I-VI sinif şagirdləri üçün başlayacaq;
12:00-da VII-X sinif şagirdləri üçün başlayacaq;
XI-XII sinif şagirdləri üçün isə distant formada keçiriləcək.
Tbilisi Klassik Gimnaziyasında isə tədris prosesi:
10:00-da V-IX sinif şagirdləri üçün başlayacaq;
14:00-da I-IV sinif şagirdləri üçün başlayacaq;
X-XII sinif şagirdləri üçün distant formada keçiriləcək.
Hər iki məktəbdə dərslərin başlama vaxtları elə müəyyənləşdirilib ki, şagird axını üst-üstə düşməsin və tədris prosesi daha mütəşəkkil şəkildə həyata keçirilsin.
“Rustaveli prospektinin reabilitasiyası başa çatan kimi hər iki məktəbdə tədris prosesi adi rejimə qaytarılacaq. Yaranmış müvəqqəti narahatlığa görə məktəb ictimaiyyətindən üzr istəyir, göstərdikləri səbrə görə təşəkkür edirik”, – Təhsil Nazirliyinin yaydığı məlumatda qeyd olunub.