Rustaveli prospektində aksiya iştirakçılarının toplaşdığı 9 Aprel memorialının yaxınlığında vəziyyət vaxtaşırı gərginləşir
Rustaveli prospektində aksiya iştirakçılarının toplaşdığı 9 Aprel memorialının yaxınlığında vəziyyət vaxtaşırı gərginləşir

 

Rustaveli prospektində, 9 Aprel memorialının yaxınlığında vəziyyət vaxtaşırı gərginləşir. Əraziyə toplaşan aksiya iştirakçıları “Gürcü Arzusu”ndan Qldaninin majoritar deputatı Konstantine Zarnadzeni qışqırıqla qarşılayıblar. Onlar deputatın memorialın önünə əklil qoymasına imkan verməyiblər. Aksiya iştirakçıları Konstantine Zarnadzeni təhqir ediblər və ərazidə çaxnaşma düşüb.

“Məni 9 Aprel memorialının yanına buraxmadılar. Tərbiyəsizdirlər, tüpürürlər. Bunlar normal insanlardırmı? Bütün Gürcüstanı nəyə baxdırırlar? Nə biləydim ki, belə olacaq, mənə 9 Aprel memorialının yanına getməyi qadağan edirdilər. Bunlar elə insanlardır ki, hər şeyi gözləmək olar” – Zarnadze bildirib.

Bununla yanaşı, aksiya iştirakçıları ilə 9 Apreldə həlak olan qəhrəmanların xatirəsini yad etmək istəyən vətəndaşlar arasında bir neçə dəfə qarşıdurma baş verib.

Aksiya iştirakçılarından biri toplaşanları təxribatlara uymamağa çağırıb.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin nümayəndələri səfərbər olunub.

Aksiya iştirakçıları Gürcüstan Texniki Universitetinin rektoru Davit Qurqenidzenin də memoriala yaxınlaşmasına imkan vermirdilər.