Rustaveli prospektində aksiya başa çatıb
Rustaveli prospektində aksiya başa çatıb

 
Rustaveli prospektində aksiya başa çatıb. Ərazidə təmizlik xidməti çalışır. Ərazidə avtomobillərin hərəkəti qismən bərpa olunub.

Aksiya iştirakçılarının bir hissəsi bütün gecə boyu Rustaveli prospektində idi. Onlar barrikadalar qurmuşdular və opera binasına bitişik əraziyə yığılmışdılar.

Polis tədbirlərindən sonra etirazçılar metronun “Rustaveli” stansiyasına bitişik əraziyə keçdilər. Vətəndaşlara xüsusi səsli siqnalla xəbərdarlıq edirdilər və dağılışmağa çağırırdılar. Hüquq-mühafizə orqanlarının əməkdaşları opera binasına bitişik ərazini süni barrikadalardan təmizlədilər. Aksiyanın bir neçə iştirakçısı saxlanılıb.

Gecə boyunca Rustaveli prospektində vəziyyət bir neçə dəfə gərginləşdi. Aksiyanın iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına pirotexniki vasitələr və müxtəlif əşyalar atırdılar, süni barrikadalar qurmuşdular, müxtəlif əşyalara od vurdular.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı su şırnaqları da daxil olmaqla, vaxtaşırı xüsusi vasitələrdən istifadə edirdilər. Su şırnağından istifadə etməzdən əvvəl Daxili İşlər Nazirliyi vətəndaşlara xüsusi səsli siqnalla xəbərdarlıq edirdi və dağılışmağa çağırırdı.

Nazirlik bir neçə dəfə rəsmi bəyanat da yaydı və aksiyanın iştirakçılarını qanunsuz hərəkətlər etməməyə və hüquq-mühafizə orqanlarının əməkdaşlarının göstərişlərinə tabe olmağa çağırdı.