Rustaveli-Mtasminda kanat yolunun tikinti-reabilitasiya işləri aparılır
Tbilisi Meriyasının məlumatına görə, Rustaveli-Mtatsmindanı birləşdirən kanat yolunun tikintisi-bərpası aktiv davam edir. Bu mərhələdə Qabaşvili №8 binasının divarı bərkidilir, köhnə dirəklərin bünövrəsi sökülür və yeni bünövrə salınır, həmçinin yuxarı stansiyanın ərazisində mağara kəsmə işləri aparılır.
Tbilisi Nəqliyyat Şirkətinin baş direktoru, Giorgi Şarkov “Daqi” şirkətinin nümayəndələri ilə birlikdə cari proseslə yerindəcə tanış oldu.
Tikinti-memarlıq hissəsi kanat yolunun aşağı və yuxarı stansiyalarının tam bərpasını və 5 yeni qüllənin bünövrəsinin düzülməsini nəzərdə tutur. Qeyd olunan işləri “Daqi” tikinti şirkəti həyata keçirir, mühəndis-texnoloji hissəyə isə, Avstriyanın “Doppelmayr Seilbahnen GmbH”” şirkəti cavabdehdir.
Rustaveli-Mtatsminda kanat yolu saatda 1200 sərnişinə xidmət göstərəcək. 21 qondola fəaliyyət göstərəcək. Yolun orta sürəti 4,07 dəqiqə, marşrutun uzunluğu isə 845,55 metri təşkil edəcək.
Tbilisi Meriyasının məlumatına görə, qeyd olunan tikinti-bərpa işləri 2021-ci ilin sentyabrında başladı və cari ilin sonunadək başa çatdırılacaq. Reabilitasiyadan sonra Rustaveli-Mtatsminda kanat yolu “Mtatsminda Parkına” təhvil veriləcək.