Ruslan Stefançuk Nensi Pelosiyə Ukrayna üçün lend-lizi troqramını dəstəklədiyinə görə təşəkkür edir
Ruslan Stefançuk Nensi Pelosiyə Ukrayna üçün lend-lizi troqramını dəstəklədiyinə görə təşəkkür edir

Ukrayna Ali Radasının spikeri, Ruslan Stefançuk ABŞ Nümayəndələr Palatasının spikeri, Nensi Pelosiyə Ukrayna üçün lend-lizi troqramını dəstəklədiyinə görə təşəkkür edir. Müvafiq bəyanatı Radanın mətbuat xidməti “Facebook” sosial şəbəkəsində yayır.

Stefançuk Vladimir Zelenski ilə Kiyevə səfər edən Nensi Pelosi ilə görüdü.

“Prezident Vladimir Zelenski ilə birlikdə biz Nensi Pelosiyə Ukrayna üçün lend-lizi troqramını dəstəklədiyinə görə təşəkkür edə bildik. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə verdiyi sərt reaksiyaya görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinə səmimi təşəkkürümü bildirirəm. ABŞ bizi bütün cəbhələrdə dəstəkləyir və Ukraynanın xeyrinə verilən hər bir qərar bu gün demokratiya və dünya təhlükəsizliyini təhdid edən düşmən istiqamətində bir güllədir. Əsas odur ki, dayanmayaq, çünki təkərləri altında minlərlə günahsız Ukraynalının həlak olduğu Rusiya hərbi maşınına gedən yolları bağlamaq vacibdir”, – Stefançukun bəyanatında deyilir.

Ali Radanın spikeri ABŞ-dan əlavə 33 milyard dollar yardım alacağına, həmçinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə ümid edir.

“Biz qalib gələcəyik, çünki biz birlikdəyik və sona qədər!”, – Stefançuk qeyd edir.

Aprelin 28-də ABŞ Konqresi Vaşinqtona silahları Ukraynaya daha tez və effektiv şəkildə təhvil verməyə imkan verən lend-lizi proqramını təsdiq etdi. Lend-lizi proqramı sonuncu dəfə ABŞ tərəfindən İkinci Dünya Müharibəsi zamanı işə salınmışdı.