Ruslan Stefançuk dəstəklərini ifadə etmək üçün Ukraynaya səfər edən ölkələrin Parlament sədrlərinə, o cümlədən Gürcüstan Parlamentinin sədrinə təşəkkürünü bildirir
Ukrayna Ali Radasının sədri, Ruslan Stefançuk dəstəklərini ifadə etmək üçün Ukraynaya səfər edən ölkələrin Parlament sədrlərinə, o cümlədən Gürcüstan Parlamentinin sədrinə təşəkkürünü bildirir.
“Ukrayna bir çox cəbhədə mübarizə aparır və parlament mübarizəsi istisna deyil. Ukrayna Parlamenti parlament diplomatiyası sahəsində fəal işləyir ki, bütün dünya parlament üzvlərinin dəstəyini təmin etsin və onları hərəkətə çağırsın. Bu səylər sayəsində Polşa, Çexiya, Latviya, Litva, Estoniya, Gürcüstan və Rumıniya Parlamentlərinin sədrləri öz dəstək və həmrəyliklərini ifadə etmək üçün artıq Ukraynaya səfər etdilər. Ukrayna Parlamenti Ukrayna dəstək olanlara minnətdardır. Mən bütün dünya parlamentarilərini ölkəyə səfər etməyə və Rusiyaya qarşı mübarizəyə qoşulmağa çağırıram”,- Stefançuk sosoial şəbəkədə yazır.