Rusiyaya girişi qadağan edilən ABŞ vətəndaşları arasında ölənlər də, o cümlədən Con Makkeyn var
Rusiyaya girişi qadağan edilən ABŞ vətəndaşları arasında ölənlər də, o cümlədən Con Makkeyn var

Rusiyanın ərazisinə girişi qadağan edilən 963 Amerikalı arasında 3 keçmiş, vəfat etmiş senator da var. Bu barədə Ukrayna mətbuatı “Amerikanın Səsinə” istinadən məlumat yayır.

Siyahıdakı bir neçə şəxsin yanında baş başa göstəriclib ki, onlar vəfat ediblər.

Medianın məlumatına görə, Rusiyaya giriş qadağası keçmiş “Respublikaçı” senatorlar – Con Makkeyn və Orin Getçə, həmçinin “demokrat” keçmiş senator Harri Ridə aid edildi. Con Makkeyn 2018-ci ildə, Harri Rid 2021-ci ilin dekabrında, Orin Getç isə bu ilin mayında vəfat edib.

Bununla yanaşı medianın məlumatına görə, digər ölən şəxslərin – 2021-ci ildə vəfat edən keçmiş konqresmen Elsi Hastinqs, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş birinci müavini Melissa Drisko, keçmiş hakim Stiven Onil və keçmiş hərbi zabit Ceremi Sivitin də Rusiyaya girişi qadağan edilib.