Rusiyanın Zaporojyeyə hücumu nəticəsində bir nəfər həlak olub, 13 nəfər yaralanıb, onlardan ikisi uşaqdır
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində bir nəfər həlak olub, 13 nəfər yaralanıb, onlardan ikisi uşaqdır

Rusiya Ukraynanın Zaporojye şəhərinə hücum edib. Bu barədə məlumatı Ukrayna mediası yayıb.

Mediada qeyd olunur ki, hücum nəticəsində bir nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb, onların arasında iki uşaq da var.

Hücum nəticəsində yaşayış binasında iri yanğın baş verib, həmçinin iki yük maşını yanıb.

“Ləğvetmə işlərinə 78 xilasedici və 17 texnika cəlb olunmuşdu. Hadisə yerində təcili yardım xidməti çalışırdı”, – deyə Fövqəladə Hallar Xidmətində bildirilib.