Rusiyanın Xarkova hücumu nəticəsində 32 nəfər yaralanıb
Rusiyanın Xarkova hücumu nəticəsində 32 nəfər yaralanıb

 

Rusiya tərəfindən pilotsuz uçuş aparatları ilə Xarkova hücum nəticəsində ikisi azyaşlı olmaqla 32 nəfər yaralanıb. Bu haqda məlumatı Ukrayna mediası yayır.

Medianın məlumatında yaralılardan altısının xəstəxanaya yerləşdirildiyi deyilir.

Bölgədə ən azı 13 partlayışın baş verdiyi haqda məlumat yayılır. Hücum yanğınla müşaiyət olunub, bundan sonra da yaşayış binası, qarajlar, ofis binaları və supermarket də daxil olmaqla binalar zərər görüb.

İlkin məlumata əsasən, Rusiya ordusu hücum üçün 19 ədəd “Geran-2” tipli pilotsuz uçuş aparatından istifadə edib.

Rusiya Müdafiə Nazirliyində isə noyabrın 19-u gecəsi ölkənin hava hücumundan müdafiə sistemlərinin 65 Ukrayna pilotsuz uçuş aparatını zərərsizləşdirmələri haqda xəbər verirlər.

Qurumun məlumatına əsasən, dörd bölgə – Voronej, Belqorod və Bryansk vilayətləri və Krasnodar diyarı, eləcə də Qara dəniz və Azov dənizinin ərazisi dronların hədəfi olub.