Rusiyanın Xarkova hava hücumu nəticəsində bir nəfər həlak olub, üç nəfər isə yaralanıb

19:46, 28.10.2026

 

Rusiyanın Xarkovun Osnovyan rayonuna etdiyi hava hücumu nəticəsində bir nəfər həlak olub, üç nəfər isə yaralanıb. Ukrayna mediası məlumat yayır.

Rəsmi şəxs, dron hücumu nəticəsində 60 yaşlı kişinin vəfat etdiyini bildirib. Daha üç nəfər xəstəxanaya yerləşdirilib. Yaralananların müxtəlif dərəcəli bədən xəsarətləri var. Onlara zəruri tibbi yardım göstərilir.

Məlumat üçün bildirək ki, Rusiya qüvvələri Xarkova hücumu oktyabrın 27-si gecə saatlarında da həyata keçiriblər. Yaşayış binasına dronla edilən hücum nəticəsində beş nəfər yaralanıb, onlardan biri uşaq olub.

Oxşar