Rusiyanın Xarkov vilayətinə raket hücumu nəticəsində azı bir nəfər ölüb, evlər dağılıb
Rusiyanın Xarkov vilayətinə raket hücumu nəticəsində azı bir nəfər ölüb, evlər dağılıb

Rusiya Xarkov vilayətinə raket zərbəsi endirib. Nəticədə ən azı bir nəfər ölüb.

Evlər də dağılıb, sərnişinləri daşıyan tramvaya ziyan dəyib.

Xarkov şəhərinin meri İqor Terexovun sözlərinə görə, dağıntılar altında qalan insanlar olduğundan, axtarış-xilasetmə əməliyyatı davam etdirildiyi üçün qurbanların sayının artacağı ehtimal edilir.