Rusiyanın Xarici Kəşfiyyatı - Fransa Ukraynaya qoşun göndərməyə hazırlaşır
Fransa Ukraynaya qoşun göndərməyə hazırlaşır. Bu haqda Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin bəyanatında qeyd olunub.
Moskvada bəyan edirlər ki, Fransa Prezidenti Emmanuel Makronun əmri ilə Ukraynada Kiyev rejiminə yardım məqsədilə yerləşdirilmək üçün 2 000-ə qədər əsgər və zabitdən ibarət hərbi kontingent hazırlanır.
Rusiyanın Xarici Kəşfiyyatı daha əvvəl Emmanuel Makronun Ukraynaya hərbi müdaxilə arzusunda olduğunu bəyan etmişdi.
“Formalaşmanın onurğası əsasən Latın Amerikası ölkələrindən olan fransız Xarici Legionunun hücumçularından ibarət olacaq. Hazırda legionerlər artıq Polşanın Ukrayna ilə sərhəd bölgələrində yerləşdiriliblər, intensiv döyüş hazırlığından keçirlər, silah və hərbi təchizat alırlar” – bəyanatda qeyd olunub.