Rusiyanın Xarici İşlər Nazirliyi xarici ölkə vətəndaşlarına və diplomatlarına Ukraynada qalmaqdan və ora səfər etməkdən çəkinməyə dair çağırış edib

18:51, 03.10.2026

 

Rusiyanın Xarici İşlər Nazirliyi xarici ölkə vətəndaşlarına və diplomatlarına Ukraynada qalmaqdan və ora səfər etməkdən çəkinməyə dair çağırış edib. Məlumatı Rusiya mediası rəsmi quruma istinadən yayır.

“İstənilən ola biləcək mənfi nəticəyə görə tam məsuliyyət bu xəbərdarlığa məhəl qoymayanların üzərinə düşür” – Rusiyanın Xarici İşlər Nazirliyi yazır.

Bəyanatda həmçinin qeyd olunub ki, qurum analoji müraciəti daha əvvəl də yayıb və Kiyevdə olan xarici vətəndaşlara və diplomatlara şəhəri tərk etməyə, Ukrayna vətəndaşlarına isə hərbi və inzibati obyektlərin yaxınlığında olmaqdan çəkinməyə dair çağırış edib.

“Rusiya Silahlı Qüvvələri miqyaslı cavab zərbələri endirməyə davam edəcək” – rəsmi qurumun bəyanatında yazılıb.

Məlumat üçün bildirək ki, bundan əvvəl Ukraynanın Xarici İşlər Nazirliyinin mətbuat katibi səfirliklərin Kiyevdən təxliyə edilməsi barədə yayılan məlumatı təkzib etmişdi.

Oxşar